Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri açıqlama yayıb.
Hücumlarda ümumilikdə 415 ədəd raket və İran istehsalı “Shahed” PUA istifadə olunub. Bunlardan 164 ədədi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, 8 “İsgəndər-M” və 6 ədəd X-101 tipli raket də Ukraynanın elektron müdafiə sistemləri vasitəsilə vurulub.
Elmin Alışov