Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Bayer Leverkuzen"in ulduzu Səudiyyə Ərəbistanı klubuna keçə bilər
СПОРТ

"Bayer Leverkuzen"in ulduzu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

14-07-2025 22:00 26 Просмотров
IMG

İsveçrə millisinin futbolçusu Qranit Caka Almaniyanın "Bayer Leverkuzen" komandasından ayrılmaq üzrədir.

 

Tvit.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Belə ki, 32 yaşlı oyunçu həmin ölkənin "Neom" kollektivi ilə şifahi razılığa gəlib.


Əgər klublar arasında anlaşma əldə olunsa, Caka yeni komandasında ilinə 10 milyon avro qazanacaq.

 

Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.


Qeyd edək ki, Qranit Cakanın vaxtilə İngiltərə "Arsenal"ında birgə oynadığı fransalı hücumçu Aleksandr Lyakazett də "Neom"a transfer olunub.