Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub (VİDEO)
turizm

Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub (VİDEO)

16-07-2025 14:00 44 Просмотров
IMG

Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.