Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AQTA dondurmalarla bağlı aparılan sınağın nəticələrini açıqladı
sosial

AQTA dondurmalarla bağlı aparılan sınağın nəticələrini açıqladı

17-07-2025 12:00 35 Просмотров
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Tvit.az"a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb edilir. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.