Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail ordusunun hərbçisi İrana informasiya ötürdüyünə görə həbs olunub
dünya

İsrail ordusunun hərbçisi İrana informasiya ötürdüyünə görə həbs olunub

17-07-2025 17:00 37 Просмотров
IMG

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK), polis və hərbi kəşfiyyat orqanları İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan İsrail ordusunun hərbçisini həbs ediblər.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb. 

Hərbçi maddi mükafat qarşılığında İran İslam Respublikasının rəsmi şəxslərinə dövlət təhlükəsizliyi ilə əlaqəli olmayan məlumatlar ötürüb.

İttiham aktına əsasən, o, İran tərəfinə ələ keçirilmiş məlumatların videoyazılarını və İsrail ərazisinə raket düşmələrinin fotolarını təqdim edib.

Bu gün daha bir İran xeyrinə casusluq hadisəsi barədə məlumat yayılıb: Negev bölgəsindən olan 33 yaşlı müəllim İran kəşfiyyatının kuratorlarından müxtəlif tapşırıqlar alaraq onları yerinə yetirib.