Azərbaycanın akrobatika gimnastikası üzrə kişi cütlüyü Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən Dünya Kuboku seriyasının qalibi olublar.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, təmsilçilərimizdən Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurlu çıxışla yadda qalıblar.