Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Nəsimidə quldurluq və oğurluq edənlər saxlanıldı
turizm

Nəsimidə quldurluq və oğurluq edənlər saxlanıldı

18-07-2025 19:00 34 Просмотров
IMG

Nəsimi rayonunda quldurluq və oğurluq edən 5 nəfər saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.Novruzlu və 40 yaşlı V.Hacıyev saxlanılıblar.

 

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Bədəlov və 44 yaşlı E.Bilalov saxlanılıblar.

 

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.