Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Abu-Dabi görüşü konstruktiv əsasda keçib - Hikmət Hacıyev
siyasət

Abu-Dabi görüşü konstruktiv əsasda keçib - Hikmət Hacıyev

20-07-2025 13:00 46 Просмотров
IMG

Azərbaycan tərəfi də Abu-Dabi görüşünün konstruktiv əsasda keçdiyini hesab edir və bu şəkildə qiymətləndirilir.

"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Bu görüşün digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, hər hansı bir vasitəçi və üçüncü tərəfin iştirakı yox idi. Bu, Azərbaycanın təşəbbüsü ilə sülh prosesinin tam şəkildə ikitərəfli əsasda aparılan danışıqlar formasında getdiyini göstərir. Son iki ildən artıq bir müddətdə Ermənistan və Azərbaycan arasında danışıqlar məhz bu müstəvidə aparılır. Bu ikitərəfli müstəvidə sülh gündəliyinin irəlilədilməsi ilə bağlı yaxşı nailiyyətlər əldə olunub”, - deyə Hikmət Hacıyev qeyd edib.