Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Quba yolunda qəza: Yanacaq maşını qəzaya düşdü, yaralılar var
turizm

Quba yolunda qəza: Yanacaq maşını qəzaya düşdü, yaralılar var

25-07-2025 20:00 39 Просмотров
IMG

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, VAZ 2101 markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

 

Qəzanın başvermə səbəbləri araşdırılır.