Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Yunan klubu “Araz”la oyuna görə UEFA-ya şikayət edir
СПОРТ

Yunan klubu “Araz”la oyuna görə UEFA-ya şikayət edir

01-08-2025 22:00 37 Просмотров
IMG

Yunanıstanın "Aris" klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"la cavab oyunundakı (2:2, ilk oyun – 1:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamağa qərar verib.

 

Tvit.az Qol.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi UEFA-nın Hakimlər Departamentinin rəhbəri Roberto Rozettiyə videogörüntülər və rəsmi məktub göndərəcək. "Aris" baş hakim Devid Dikinsonun idarəçiliyinə ciddi narazılıq bildirərək üç epizodu xüsusi olaraq önə çəkir:

 

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade-nin 6-cı dəqiqədə Uroş Raçiçin topuğuna basmasına görə qırmızı vərəqə ilə cəzalandırılmaması;

 

16-cı dəqiqədə Fabianoya qarşı cərimə meydançasında baş verən epizodda "Aris"in xeyrinə penalti təyin olunmaması;


Şotlandiyalı hakimin Azərbaycan klubunun xeyrinə penalti qərarı verməsi.

 

Bildirilir ki, "Aris" Dikinsona qarşı cəza verilməsini tələb edəcək.


Qeyd edək ki, qarşılaşmanın 52-ci dəqiqəsində "Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.