Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü V. Nəbiyeva, 1988-ci il təvəllüdlü C. Qasımov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.