Şamaxıda ağır avtomobili qəzası baş verib.
Tvit.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.