Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi
turizm

Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi

13-08-2025 21:00 18 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Tvit.az-a FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhər sakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

 

Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.