Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi
sosial

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi

21-08-2025 18:00 26 Baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

 

Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.

 

Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.