Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
sosial

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

26-08-2025 18:00 21 Baxış
IMG

Bakının Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Xətai rayonu ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

 

Məlumata görə, avqustun 27-də, günorta saatlarında suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.