Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb
sosial

Köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

08-09-2025 13:00 50 Baxış
IMG

Bu gün köç karvanı ilə Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

"Tvit.az" xəbər verir ki, 15 ailə olmaqla, 46 keçmiş məcburi köçkün doğma yurduna qovuşub. 

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mənzillərin açarlarını təqdim edən xüsusi nümayəndənin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə təmin olunub. Sakinlər uzun illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini bölüşüb, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər. Sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.