Tunis 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ekvatorial Qvineyaya 1:0 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə vəsiqə qazanıb.
Tvit.az xəbər verir ki, Tunis dünya çempionatına vəsiqə qazanan 18-ci komanda olub. Bundan əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay və Mərakeş komandaları turnirdə iştirak etmək hüququ qazanıblar.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.