Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport DÇ-2026: Yarışın daha bir iştirakçısı bəlli oldu
sport

DÇ-2026: Yarışın daha bir iştirakçısı bəlli oldu

08-09-2025 21:00 44 Views
IMG

Tunis 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ekvatorial Qvineyaya 1:0 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə vəsiqə qazanıb.

 

Tvit.az xəbər verir ki, Tunis dünya çempionatına vəsiqə qazanan 18-ci komanda olub. Bundan əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay və Mərakeş komandaları turnirdə iştirak etmək hüququ qazanıblar.

 

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.