Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakının iki rayonunda su kəsiləcək
sosial

Bakının iki rayonunda su kəsiləcək

08-09-2025 22:00 38 Baxış
IMG

Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.