Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Real Madrid"in ulduzu gecə klubu alıb
idman

"Real Madrid"in ulduzu gecə klubu alıb

09-09-2025 20:00 40 Baxış
IMG

"Real Madrid"lə mövsümə uğurlu start verən Tibo Kurtua biznesdə də uğur qazanmaq istəyir.

 

Tvit.az HBVL-ə istinadən xəbər verir ki, Belçikanın şimalındakı Hasseltdə yerləşən məşhur "Versuz" gecə klubu bu ilin mayında bağlandıqdan sonra qapılarını yenidən açacaq.

 

Kurtua layihənin investoru olub və onun maliyyə imkanları sayəsində müəssisə yeni nəfəs ala bilər.

 

Qapıçı klubu səs, işıq və rahatlıq baxımından ən son texnologiya ilə təmir etmək istəyir.


Qeyd olunur ki, futbolçunun məqsədi klubun 4000-ə qədər ziyarətçi qəbul edə bilməsidir.