"Real Madrid"lə mövsümə uğurlu start verən Tibo Kurtua biznesdə də uğur qazanmaq istəyir.
Tvit.az HBVL-ə istinadən xəbər verir ki, Belçikanın şimalındakı Hasseltdə yerləşən məşhur "Versuz" gecə klubu bu ilin mayında bağlandıqdan sonra qapılarını yenidən açacaq.
Kurtua layihənin investoru olub və onun maliyyə imkanları sayəsində müəssisə yeni nəfəs ala bilər.
Qapıçı klubu səs, işıq və rahatlıq baxımından ən son texnologiya ilə təmir etmək istəyir.
Qeyd olunur ki, futbolçunun məqsədi klubun 4000-ə qədər ziyarətçi qəbul edə bilməsidir.