Bakı Dövlət Universiteti tərəfindən yeni tender elan edilib.
Tvit.az xəbər verir ki, tender Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlıdır.
Tenderin ilkin ehtimal olunan qiyməti 25 milyon 69 min 900 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 1 dekabrdır.
Aysel Şirinova