Tramp Zelenskiyə təklif olunan sülh sazişi ilə bağlı qərar verməsi üçün “bir neçə gün” vaxt verib.
Tvit.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata əsasən, Zelenski Avropa liderlərinə bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stivən Uitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşner 6 sentyabr tarixində baş tutan telefon danışığı zamanı ondan sürətli qərar qəbul etməsini tələb ediblər.
Bildirlib ki, Tramp razılaşmanın “Miladadək” əldə olunacağına ümid edib.
Aysel Şirinova