Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Heydər Əliyevin anım günü ilə əlaqədar doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək
sosial

Heydər Əliyevin anım günü ilə əlaqədar doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək

11-12-2025 18:00 15 Baxış
IMG

Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

 

Bu barədə Tvit.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.