Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əli Abbasov deputat mandatından məhrum edildi
sosial

Əli Abbasov deputat mandatından məhrum edildi

11-12-2025 19:00 13 Baxış
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində qanunverici orqana daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

 

Tvit.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

 

Seçki Komissiyası bu gün Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib.