Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsi barədə protokol tərtib edib.
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunub ki, “Bravo” marketdə 2l-lik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq, kassada 1.09 manata satılıb.
Nəticədə “Bravo” Ticarət Qaydaları Əleyhinə olan qaydanı pozub.
Məhkəmənin qərarına əsasən, “Bravo” 4000 manat məbləğində cərimə edilib.