Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı
sosial

Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı

12-12-2025 22:00 17 Baxış
IMG

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində şəhər meri vəzifəsindən uzaqlaşdırılmış Ekrem İmamoğlu 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq.

 

Tvit.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

 

Bildirilir ki, sözügedən korrupsiya işi üzrə İmamoğlu ilə yanaşı, 407 nəfər şübhəli qismində hakim qarşısına çıxacaq. Onlardan 107-si barədə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.