Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq
sosial

Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

25-12-2025 19:00 29 Baxış
IMG

Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, saat 10:00-dan etibarən paytaxtın Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.