Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şərurlu İsfəndiyara bəraət verildi
sosial

Şərurlu İsfəndiyara bəraət verildi

26-12-2025 12:00 25 Baxış
IMG

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.

 

Tvit.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi indilərdə hökm elan edib.

 

Şərurlu İsfəndiyarın təhqir və böhtan cinayətləri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

 

Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, Şərurlu İsfəndiyar verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib. (Qafqazinfo)