Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaxın Şərqdəki vəziyyət faciəvidir - Mariya Zaxarova
dünya

Yaxın Şərqdəki vəziyyət faciəvidir - Mariya Zaxarova

04-03-2026 10:00 50 Baxış
IMG

Yaxın Şərqdəki vəziyyət, münaqişə zonasının genişlənmə miqyası və sürəti nəzərə alınmaqla, görünməmiş bir faciəviliyi ilə xarakterizə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

"Bu, Yaxın Şərq tarixinin ən dəhşətli məqamlarından biridir. Demək olar ki, iki il ərzində Qəzzada dəhşətli faciə cərəyan edərkən biz bu ifadələri işlədirdik. Lakin bütün bu epitetlərə baxmayaraq, hazırda münaqişə zonasının miqyasını, yayılma sürətini və ən əsası, insan itkilərini nəzərə alaraq yenidən vəziyyətin görünməmiş faciəviliyindən danışırıq", - deyə Rusiya XİN nümayəndəsi bildirib.

 

 

Aysel Şirinova