Niderlandın Moskvadakı səfiri Joanneke Balfort Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hollandiya diplomatik missiyasının rəhbəri, Haaqanın 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyası çərçivəsində diplomatik missiyanın normal fəaliyyəti üçün lazımi şəraitin təmin olunması ilə bağlı beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına ciddi etiraz edib. Xüsusilə, fevralın 24-də Haaqadakı Rusiya səfirliyinin binasının qarşısında, Niderland hakimiyyətinin razılığı və krallığın hüquq-mühafizə orqanlarının nümayəndələrinin tam fəaliyyətsizliyi ilə anti-Rusiya mitinqi keçirilib və bu, diplomatik missiyamızın işini əngəlləyib,"- deyə nazirlik bildirib.
Aysel Şirinova
.