Bir millət olaraq, bu torpaqlarda, əbədi vətənimizdə sülh və sakitlik içində yaşamaq istəyiriksə, daim qüvvəmizi artırmalıyıq.
Tvit.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın bugün atdığı raket hadisəsini şərh edərkən deyib.
"Bu gün İranın atdığı raketi bölgəmizin yaşadığı çətin günlərdə biz təsadüfə buraxmırıq. Bu səhərki hadisədə olduğu kimi, müttəfiqimiz NATO ilə sıx məsləhətləşərək hər cür tədbirlər görür və dərhal zəruri tədbirlər görürük. Oxşar hadisələrin təkrar olmaması üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə veririk", - deyə Ərdoğan bildirib.
Aysel Şirinova