Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlanıb
sosial

Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlanıb

10-03-2026 13:00 13 Baxış
IMG

Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlanıb.

 

Bu barədə Tvit.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.


Həmin şəxsdən 20 kiloqram mariuxana aşkarlanaraq götürülüb.

 

Araşdırma zamanı Q.Qədimovun Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü deyiləcək ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.