Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah Naxçıvanın bəzi hissələrində iki saat işıq olmayacaq
sosial

Sabah Naxçıvanın bəzi hissələrində iki saat işıq olmayacaq

10-03-2026 16:00 15 Baxış
IMG

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

 

Tvit.az xəbər verir ki, martın 11-də Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

 

Bu səbəbdən 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10 kV-luq 16 nömrəli hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

 

Nəticədə 54 və 56-cı məhəllələrdə saat 14:30-dan 16:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.