Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dubayda xəsarət alan azərbaycanlı xəstəxanadan buraxılıb
sosial

Dubayda xəsarət alan azərbaycanlı xəstəxanadan buraxılıb

11-03-2026 15:00 12 Baxış
IMG

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Bu barədə "Tvit.az"a Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.