İran, ABŞ və İsrailin hərəkətlərinə hərbi cavab verməklə yanaşı, silahlı münaqişəni diplomatik yolla həll etməyin yollarını axtarır.
Tvit.az xəbər verir ki, bu barədə İslam Respublikasının Türkmənistandakı səfiri Əli Məctəba Ruzbehani danışıb.
"Hərbi cavab ilə yanaşı, diplomatik yol da davam edir. Regional hökumətlər və beynəlxalq qurumlarla əlaqələr qurmaq və sənədləşdirilmiş hesabatların təqdim edilməsi İranın həqiqəti üzə çıxarmaq və böhranın sui-istifadəsinin qarşısını almaq səylərinin bir hissəsidir. İran davamlı təhlükəsizliyin yalnız qarşılıqlı hörmət, dialoq və beynəlxalq hüquqa riayət etməklə mümkün olduğu prinsipinə sadiqdir,"- səfir yazıb.
Aysel Şirinova