Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-a aktiv hərbi dəstək verir.
Tvit.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, amerikalı general Aleksus Qrinkeviç bildirib.
"Mən deyərdim ki, ümumilikdə bizim avropalı müttəfiqlərimizin böyük əksəriyyəti - xüsusilə hərbi səviyyədə - [İrana qarşı kampaniyanı] son dərəcə dəstəkləyir. Onlar bazalara giriş imkanı və hava məkanından keçid hüququ təmin edirlər", - deyə hərbi komandan Konqresin Senatının Silahlı Qüvvələr Komitəsindəki dinləmələrdə bildirib.
Aysel Şirinova