Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
sosial

Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı

17-03-2026 19:00 26 Baxış
IMG

Sabah Ramazan ayının 28-ci günüdür.

 

"Tvit.az"ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 18-də Bakıda imsak saat 05:21-də, iftar isə saat 19:05-dədir.

 

Ramazan ayının 28-ci gününün duası:

 

"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".

 

Tərcüməsi:

 

"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

 

Allah orucunuzu qəbul etsin!