Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
sosial

Azərbaycanda bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

18-03-2026 11:00 14 Baxış
IMG

Martın 18-i saat 10:00-a olan hava proqnozuna əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, dağlıq ərazilərə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 7, Qrızda 1 sm-dir.

 

Düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

 

Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

 

Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.