Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir
sosial

Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir

18-03-2026 12:00 10 Baxış
IMG

İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir.

 

Tvit.az xəbər verir ki, bunu Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

 

Komitə sədri vurğulayıb ki, keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən bu imtahanlarln mütəmadi olaraq, beş ildə bir dəfə və ya yeddi ildə bir dəfə keçirilməsi zəruridir:

 

"Attestasiyadan keçməyən müəllimlər parlamentə şikayətə gəlmişdilər. Biz burada millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir".