Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Vatikanın yüksək rütbəli kardinalı Tramp və İsraili müharibəni tez bitirməyə çağırdı
dünya

Vatikanın yüksək rütbəli kardinalı Tramp və İsraili müharibəni tez bitirməyə çağırdı

18-03-2026 21:00 22 Baxış
IMG

Vatikanın baş diplomatı ABŞ Prezidenti Donald Trampı genişlənməkdə olan İran müharibəsini mümkün qədər tez dayandırmağa çağırıb. 

 

Tvit.az xəbər verir ki, o, həmçinin İsrailə Livana qarşı hücumları dayandırmağı tövsiyə edib.

 

Vatikanın dövlət katibi və Papa XIV Leonun yaxın müşaviri olan italiyalı kardinal Pietro Parolin bu dəfə qeyri-adi dərəcədə açıq mesaj verib. O, bildirib: 

 

“Deyərdim ki, bunu mümkün qədər tez bitirin... və Livanı rahat buraxın.”

 

Parolin əlavə edib ki, bu çağırış İsrail tərəfinə də aiddir. O, bu fikirləri İtaliya parlamentində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında səsləndirib.

 

Qeyd edək ki, Vatikan diplomatları adətən xarici liderlərə bu cür birbaşa müraciətlər etmir və daha çox pərdəarxası diplomatiyaya üstünlük verirlər. 2013-cü ildən bu vəzifədə olan Parolin isə daha sakit və diqqətdən kənar çıxışları ilə tanınır.

 

Son günlər Papa XIV Leon da İran müharibəsinin dayandırılması ilə bağlı çağırışlarını artırıb.

 

Aysel Şirinova