Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Uzunmüddətli tətil başlayır - İnsanlar daha çox harda istirahət edəcək?
sosial

Uzunmüddətli tətil başlayır - İnsanlar daha çox harda istirahət edəcək?

18-03-2026 22:00 18 Baxış
IMG

Martın 20-dən başlayaraq ayın sonuna qədər Azərbaycanda Novruz və Ramazan bayramları münasibəti ilə uzun müddətli tətil günləri başlayır. Hər il olduğu kimi, insanlar bu bayram günlərində həm dincəlmək, həm də yeni yerlər kəşf etmək məqsədi ilə istər ölkə daxilinə, istərsə də ölkə xaricinə səfər edirlər. Son zamanlar regionda başqa verən hadisələr xarici səfərlərlə bağlı problem yaradıb. 

 

Bəs bu istirahət günləri ölkə turizminə necə təsir edəcək?

 

Tvit.az xəbər verir ki, Qaynarinfo-nun sualını şərh edən turizm eksperti Əziz Şiriyev bildirib ki, dünyada baş verən son proseslərlə əlaqədar bu tətil günlərində vətəndaşlar istirahət məqsədi ilə daha çox regionlara üz tutur. Artıq bununla bağlı hazırlıqlar da başlayıb:

 

"Hazırda xarici uçuşlar təhlükəsiz olmadığı üçün vətəndaşlar daha çox yerli istirahətə üstünlük verir. Bundan başqa, yerli turizm şirkətləri vətəndaşlar üçün də bölgələrdə istirahət məqsədilə insanlara 1-2-3 günlük turlar təklif edir. Hazırda regionlarda insanların istirahəti üçün geniş turizm imkanları var. Məsələn, insanlar öz istirahətini təşkil etmək üçün regionlarda həyət evlərində, A Frame evlərdə qala bilər. Bu gün vətəndaşlarımız arasında müxtəlif turizm subyektlərinə maraq var. Belə ki, onlar arasında aqro turizmə, sağlamlıq turizminə, haykinq turlarına maraq göstərənlər var”.

 

Turizm eksperti deyir ki, müxtəlif turizm subyektlərinə maraq hər bir insanın daxili aləmi ilə bağlı olur:

 

"Amma yekun olaraq deyə bilərəm ki, hazırda bölgələrimizə maraq çoxdur və insanlar elə getmişkən bir neçə gün qalaraq təbiətdən zövq almağa, regionlarda bayram qeyd etməyə üstünlük verirlər. Bu cür istirahətlər insanalara psixoloji olaraq müsbət təsir göstərir.”