Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NASA-dan gözlənilməz addım: Ayda baza qurulacaq
dünya

NASA-dan gözlənilməz addım: Ayda baza qurulacaq

25-03-2026 09:00 19 Baxış
IMG

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman bildirib ki, rəhbərlik etdiyi qurum Ay orbitində kosmik stansiya yerləşdirmək planlarından imtina edəcək.

 

Tvit.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

 

Bunun əvəzinə NASA stansiyanın komponentlərindən Ay səthində baza qurmaq üçün istifadə etməyi planlaşdırır. Bu, yeni rəhbərin agentliyin Ay proqramına daxil etdiyi dəyişikliklərdən yalnız biridir.

 

Hazırda NASA ağır daşıyıcı raket SLS-i buraxılışa hazırlayır. Bu raket Ay ətrafında uçuş trayektoriyasına "Artemis II" missiyasının gəmisini göndərməlidir.