Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin hava məkanının qismən bağlanmasını daha bir həftə uzadıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı 20 aprel günü gündüz saatlarına qədər qismən bağlı qalacaq, ölkənin hava limanlarına və ondan uçuşlar üçün hələ də xüsusi müəyyən edilmiş altı hava dəhlizi fəaliyyət göstərəcək”, – deyə agentliklə söhbət edən mənbə bildirib.
O, əlavə edib ki, məhdudiyyətlər 28 fevralda ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyat başlatmasından sonra tətbiq edilib.
Aysel