Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya UNESCO İrana missiya göndərmək istəyir
dünya

UNESCO İrana missiya göndərmək istəyir

15-04-2026 16:00 18 Baxış
IMG

UNESCO İran hakimiyyəti ilə təmasdadır və müvafiq şərait yarandıqda bu ölkəyə missiya göndərmək imkanlarını nəzərdən keçirir. 

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"UNESCO vəziyyəti diqqətlə izləyir və müvafiq milli hakimiyyət orqanları ilə sıx dialoq saxlayır. Təşkilat təhlükəsizlik şəraiti imkan verən kimi texniki missiya göndərməyə hazır olduğunu bildirib", - deyə qeyd edilib.

 

Bildirilib ki, missiyanın vəzifələrinə dəymiş ziyanın qiymətləndirilməsində texniki yardım, obyektlərin qorunması və bərpası, Ümumdünya İrs Fondunun və beynəlxalq təcili yardım mexanizmlərinin vəsaitlərinin səfərbər edilməsi, habelə beynəlxalq ekspertizanın keçirilməsi daxil ola bilər.

 

Aysel Şirinova