Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran atəşkəsə ciddi əməl edir - İran Parlament Spikeri
dünya

İran atəşkəsə ciddi əməl edir - İran Parlament Spikeri

16-04-2026 17:00 25 Baxış
IMG

İran və ABŞ arasında İslamabad danışıqları zamanı həmçinin ondan sonra İran bütün münaqişə zonalarında daimi atəşkəs rejiminə ciddi şəkildə əməl edir.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Parlamentinin spikeri  Məhəmməd Bağır Qalibaf Livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı deyib.

 

 Qalibaf bildirib ki, atəşkəsin təmin edilməsi üçün Livandakı vəziyyəti şəxsən və davamlı olaraq izləyir.

Öz növbəsində, Berri İsrailin hücumlarının təsiri ilə bağlı son məlumatları təqdim edərək bildirib ki, İsrail sistematik cinayətlər törədir və əraziləri etnik təmizləməyə çalışır, nəticədə 1,2 milyondan çox Livan vətəndaşı didərgin düşüb.

Livan rəsmisi əlavə edib ki, Livan rəhbərliyi və müqavimət döyüşçüləri sionist rejimlə hər hansı rəsmi diplomatik əlaqənin Livan xalqının maraqlarına zidd olacağını iddia edərək, qətiyyətli mövqelərini qoruyub saxlayırlar.

 

Aysel