Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
sosial

Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər

22-04-2026 08:00 25 Baxış
IMG

Yaşıl çayın xərçəng əleyhinə təsiri ilə bağlı iddiaların əksinə olaraq, yeni məlumatlar bu içkinin xərçəng müalicəsi zamanı potensial zərərini sübut edib.

 

Tvit.az Medicina.az-a istinadən xəbər verir ki, kaliforniyalı tədqiqatçılar onun sağalma prosesini ləngitdiyi qənaətinə gəliblər.

 

"Yaşıl çayın tərkibində şişi inhibə edən aktiv maddə polifenol olmasına baxmayaraq, onun ekstraktı xərçəng əleyhinə dərmanların effektivliyini əhəmiyyətli dərəcədə azaldır", - kaliforniyalı həkimlər paylaşıblar.

 

Lakin onlar inhibəedici təsirin yalnız bor turşusu olan proteaz inhibitorlarına əsaslanan dərmanlardan istifadə edildikdə baş verdiyini vurğulayırlar. Bor turşuları olmadıqda, çay polifenolu basqılayıcı təsir göstərmir.

 

Kaliforniya Universitetinin nümayəndələri yaşıl çayın xərçəng müalicəsinə mane ola biləcəyini bildiriblər. Alimlərin fikrincə, o, xərçənglə mübarizədə istifadə olunan dərmanlara qarşı bloklayıcı təsir göstərir.

 

Qeyd edək ki, yaşıl çay əvvəllər xərçəngin qarşısının alınması üçün ən vacib içkilərdən biri kimi təqdim olunurdu.