Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
sosial

Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq

22-04-2026 23:00 42 Baxış
IMG

Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.