Tramp İran daxilində ciddi siyasi parçalanma yaşandığını iddia edib və Tehranın hazırda liderinin kim olduğunu anlamaqda çətinlik çəkdiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə o, “Truth Social” media platformasında yazıb.
ABŞ prezidenti həmçinin Hörmüz boğazı ilə bağlı iddialı açıqlama verərək bildirib ki, boğaz üzərində tam nəzarət ABŞ Hərbi Dəniz Qüvvələrinin əlindədir. Onun sözlərinə görə, heç bir gəmi ABŞ donanmasının razılığı olmadan boğaza daxil ola və ya oradan çıxa bilməz.
Elmin Alışov