İraqın milli hava daşıyıcısı "Iraqi Airways" gələn çərşənbə axşamı Livanın paytaxtı Beyruta uçuşların bərpasını elan edib.
Tvit.az xəbər verir ki, bu barədə xüsusi bəyanatında bildirilir.
"Iraqi Airways gələn çərşənbə axşamı, 28 aprel tarixindən etibarən Bağdad və Beyrut arasında gündəlik birbaşa uçuşların bərpasını elan edir,"- şirkət açıqlamasında bildirib.
Belə qərarın "Iraqi Airways-in istiqamət şəbəkəsini genişləndirmək və regional paytaxtlarla hava əlaqələrini yaxşılaşdırmaq strateji planının bir hissəsi kimi" qəbul edildiyi bildirilir.
Aysel Şirinova